Müştərilərin fikri

Müştərilərin fikri

300-dən çox korporativ müştəri yanılmış ola bilməz. Xüsusən də öz biznes və markasına övladı kimi dəyər verirsə.

Hazırladığımız vebsaytlar MilliNet, Netty kimi IT müsabiqələrində dəfələrlə qalib olmuşdur.

Elxan Məmmədov-musterinin-sekili

Elxan Məmmədov

Təsisçi, «Imaj Transport LLC»

Web proqramlaşdırma sahəsində fərqli və operativ xidmət görmək istəyirsinizsə OKmedia seçin!

Dr. Mübariz Məmmədli-musterinin-sekili

Dr. Mübariz Məmmədli

Həkim, «drmubariz.az»

OKmedia Saytların yaradılmasında peşəkarların seçimidir

Şahin Xudaverdiyev-musterinin-sekili

Şahin Xudaverdiyev

Təsisçi, «Fire Universal Group»

OKmedia şirkəti ilə əməkdaşlığımız artıq 5 ildir ki, davam edir. Bu müddət ərzində şirkət bizə nəinki sayt məsələləri ilə bağlı, həm də digər məsələlərdə köməkliyini əsirgəməyib. Bizə göstərdiyi bu diqqət və hörmətə görə şirkətin rəhbərliyi və əməkdaşlarına öz şirkətimiz adından minnətdarlığımızı bildiririk və Okmedia şirkətinə gələcək işlərində uğurlar diləyirik.

Fuad Əfəndiyev-musterinin-sekili

Fuad Əfəndiyev

Təsisçi, «Desjoyaux»

Biz Desjoyaux Azərbaycan şirkəti OKmedia şirkətinə saytımızın professional şəkildə düzəldilməsinə görə təşəkkürümüzü bildiririk.

Qüdrət Yaqubov-musterinin-sekili

Qüdrət Yaqubov

Baş direktor, «Bioloji Təbabət Klinikası»

Bütün OKmedia komandasının əməkdaşlarına təşəkkür edirəm. Qısa zamanda peşəkar iş ortaya qoydunuz. Ən əsası isə hər bir şöbəniz eyni səviyyədə yüksək xidmət verir.

Nuriyyə Novruzova-musterinin-sekili

Nuriyyə Novruzova

İdarə heyətinin sədri, «Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası»

OKmedia şirkəti ilə uzun müddətli əməkdaşlığımız var, APFM-in ilk rəsmi internet saytı bu şirkətin mütəxəssisləri tərəfindən hazırlanmışdı. Bu yaxınlarda isə saytımızı yeniləmək qərarına gəldik və yenidən onlara müraciət etdik və qısa bir zamanda bizə müasir, cəlbedici və stil baxımından çox maraqlı versiyalarda müxtəlif təkliflər təqdim olundu. Hazırlıq prosesi də razılaşdırılmış vaxtdan az vaxt apardı. Öz sahələrində peşəkar olan mütəxəssislərin səyi ilə struktur və dizayn baxımından bütün arzularımızı həyata keçirə bildik, hər bir tələbimizə anlayışla yanaşdılar, hər bir detalı nəzərə aldılar və çox gözəl dizayna malik, müasir, məzmunlu bir sayt alındı. OKmedia-nı bir sözlə təsvir edə bilsəydim, “Yaradıcı” sözünü seçərdim. OKmedia komandasına çox təşəkkür edirik və gələcəkdə uğurlar arzu edirik!

Hikmət Dadaşov-musterinin-sekili

Hikmət Dadaşov

İcraçı direktor, «Adv Production»

"ADV Production MMC" şirkəti olaraq OKmedia şirkəti ilı uzun müddətdir ki, əməkdaşlıq edir və bu əməkdaşlıqdan razılıq və məmnunluğumuzu ifadə edirik. OKmedia ilə çalışmağımızın əsas səbəbləri şirkətin təcrübəsi, müştəriyə verdiyi dəyər, doğru yönləndirmə və operativ yanaşma nümayiş etdirməsidir. Bundan əlavə müştəri istəklərinə, şirkətlərarası qarşılıqlı əlaqələrə verdikləri dəyərlər korporativ missiyanı gücləndirir. OKmedia şirkəti ilə əməkdaşlığın iştirakçı tərəflər üçün səmərəli və davamlı olacağına inanır və bu şirkəti etibarlı tərəfdaş kimi tövsiyə edirik.

Ceyhun Fətullayev-musterinin-sekili

Ceyhun Fətullayev

Direktor, «Atlant Translations LLC»

"Atlant Translations" MMC yazılı və şifahi tərcümə xidmətləri ilə məşğul olan bir şirkət kimi daha peşəkar bir sayt yaratma xidməti axtardıq və 1 il bundan əvvəl "OKmedia" nümayəndəsi ilə tanış olduq. Bu şirkət ən yüksək səviyyədə, bizi qane edən və qiyməti tam münasib şərtlərlə atlant-translations.az saytını hazırlayıb təhvil verdi. "OKmedia" işçilərinin xoş ünsiyyətcilliyi, müştəriyönümlülüyü və yüksək peşəkarlığı sayəsində şirkətimiz internetdə axtarış sistemlərində tanınır. Tövsiyyə edirik !

Cabir Əsgərov-musterinin-sekili

Cabir Əsgərov

Baş direktor, «Alfa İnşaat»

"OKmedia" xidmət göstərdikləri sahələr üzrə ixtisaslaşmış, bir qrup yüksək səviyyəli mütəxəssislərin fəaliyyəti ilə təqdim olunan işləri uğurla sona çatdırmışdır. Şirkət zəngin peşəkar biliklər və təcrübə sayəsində müştəri məmnuniyyəti prinsipini önə sürərək Alfa İnşaat şirkəti üçün böyük əhəmiyyət kəsb edən faydalı və geniş çeşidli xidmət göstərmişdir. Eyni zamanda qiymətlərinin münasibliyinə görə fərqlənən bu şirkət operativliyi ilə xüsusi ilə fərqlənir. "OKmedia" Alfa İnşaat şirkətinə yüksək keyfiyyətli xidmət göstərmək üçün hər cür səylə çalışmış və xidmətlərinin hər bir mərhələsində optimal həllər irəli sürərək fəaliyyətlərini məhz buna istiqamətləndirmişdir.

Yasin Məmmədov-musterinin-sekili

Yasin Məmmədov

Təsisçi, «Mülk Daşınmaz Əmlak Agentliyi»

OKmedia müasir xidmət sahəsində öz sözünü demək qabiliyyətində olan bir xidmət növüdür. Ünsiyyətdən, qiymətlərdən və operativlikdən razıyıq. Hər kəsə tövsiyyə edirik.

Aslan Baxışov-musterinin-sekili

Aslan Baxışov

Direktor, «Metas MMC»

Biz "Metas" MMC olaraq avtomobillərin buxarlı təmizliyi ilə məşğuluq. 2014-cü ildə OKmedia nümayəndəsi ilə tanış olduq. Onlar bizim üçün çox münasib qiymətə www.metas.az saytını yığdılar. Bir müddət sonra saytımız MilliNet müsabiqəsində 2015-ci ilin ən yaxşı saytları içində 3-cü yeri tutdu. Çox operativ, effektli iş görürlər. İşçi qrupunun bizə münasibəti, hər an kömək etməyə hazır olmaq xüsusiyyətləri təqdirə layiqdir. Hamıya məsləhət bilirəm. Təşəkkürlər OKmedia!

Dr. Hacıyeva Günay-musterinin-sekili

Dr. Hacıyeva Günay

Həkim, «Vaginizm.az»

Mən Hacıyeva Günay, həkim mama-ginekoloq 2014-cü ildə www.okmedia.az saytına müştəri olaraq müraciət etdim. Çox qısa zamanda, hardasa bir neçə günə, münasib qiymətə mənim üçün istədiyim kimi sayt yığıldı. Heç yorulmadan, bezmədən, incitmədən və uzatmadan saytım ərsəyə gəldi. Həmçinin saytım 2015-ci ildə NETTY-nin qalibi də oldu. Sayt istəyənlərə məsləhətim OKmedia'nı seçsinlər, çünki keyfiyyətli işləri ilə seçilirlər. OKmedia, Sizə təşəkkür edirəm, nə yaxşı ki sizinlə işlədik. Uğurlarınızın davamını diləyirəm...

Aqil Soltanov-musterinin-sekili

Aqil Soltanov

Direktor, «Havuç genç odası»

"Havuç genç odası - Azərbaycan" olaraq, şirkətimizin qurulduğu 3 ildən bu yana "OKmedia" ilə əməkdaşlıq etmişik! İlk tanışlığımız da elə, digər yaxın bir şirkətin tövsiyyəsi ilə olub. Göstərdikləri xidmətdən çox məmnunuq!

Cəlal Məhərrəmov-musterinin-sekili

Cəlal Məhərrəmov

Direktor, «Jalali Tədris mərkəzi »

"OKmedia" müştəri məmnuniyyəti anlayışını rəsmən tərənnüm edən, təcili yardım obrazı ilə müştərilərin kaprizlərini qarşılayan çox məmnunedici bir qrupdur. Hər sahədə iş partnyorlarımız işinə bu qədər məsuliyyətlə, demirəm hələ bu qədər peşəkarlıqla yanaşsalar stresslərimiz yarı yarıya azalar.

Referanslar

Hi hand Fikrinizi qısaca izah edərək vebsayt qiymətinin hesablanması üçün sürətli sorğu göndərin

son 30 gündə 349 nəfər qiymət təklifi aldı