Orta hesabla işçilər həftədə səkkiz saata qədər, yəni bütün bir iş günü müəyyən məlumatların axtarışına və birləşdirilməsinə sərf edirlər. Bəs işçilər vaxtlarını data axtarışı əvəzinə onların istifadəsinə ayırsalar, necə olardı?
"Google Sheets" sürətli və rahat istifadəsi ilə informasiyanı tək bir yerdə toplamaq və onun üzərində işləmək imkanı verir. Bu yazıda "Google Sheets" istifadə etməyin gətirdiyi üstünlükləri sizinlə bölüşürük.

Datalarınız davamlı olaraq yenilənir.
"Google Sheets" məlumatları yazılan kimi avtomatik olaraq yadda saxladığı üçün datanızın asanlıqla yenilənməsinə imkan yaradır. Bütün komanda üzvləri telefon, planşet və ya kompüterlərindən (onlayn və oflayn) əməkdaşlıq edə və işlədiyiniz layihələr üçün vahid informasiya mənbəyi yarada bilirlər.
Fərdiləşdirmə lazımdır? Problem deyil. Siz həmkarlarınızla eyni məlumatlara onlara mane olmadan baxa, məlumatları müəyyən ardıcıllıqla sıralaya və ya görməyinizə ehtiyac olmayan vərəqləri gizlədə bilərsiniz.
"Google"un süni intellektindən istifadə edə bilərsiniz.
- Süni intellekt ilə təchiz edilmiş "Google Sheets" məlumatların təhlili prosesində sizin üçün bir çox ağır yükü qaldırır. "Google Sheets" datalarınızdan maksimum yararlana biləsiniz deyə sizin üçün diaqramlar qurur, düsturlar təklif edir və cədvəllər yaradır.
Məlumatlarınızı təhlükəsiz saxlayır.
- "Google Sheets" yaratdığınız cədvəllərə kimin baxa biləcəyinə, kimin dəyişiklər edə biləcəyinə və s. kimi bütün təhlükəsizlik detallarına çox böyük önəm verir. Buna görə də istifadə etməyiniz üçün xüsusi gizlilik və təhlükəsizlik tənzimlələrini sizə təklif edir.
Proseslərinizi avtomatikləşdirir.
- Bütün məlumatlar bir yerdə olduqda prosesləri avtomatlaşdırmaq da daha asan olur. "Google Sheets"dən istifadə etmək sizə imkan verəcək ki, öz cədvəllərinizi "Google"un digər xidmətləri (Google Docs
- Google Slides, Google Forms və s.) ilə inteqrasiya edəsiniz. Məsələn, "Google Forms" ilə topladığınız sorğulardakı məlumatları çox sadə və rahat şəkildə "Google Sheets" cədvəlinizə köçürə bilərsiniz.
Yüksək data analizi imkanı yaradır.
- Əgər daxil etdiyiniz məlumat çox sadəd və strukturlaşdırılmış formadadırsa, məlumatlarınızı təhlil etmək üçün heç bir əlavə hesablamaya ehtiyacınız olmayacaq.
- Lakin bir çox hallarda "Google Sheets" cədvəlində verilənlərin təhlili üçün məlumatlarınızı başqa formata çevirmək və müxtəlif düsturları tətbiq etmək lazım olur ki, bunları da "Google Sheets" sayəsində asanlıqla həll etmək olur.