Elşən Cəbrayılzadə

yanvar, 2023

Kod yazmadan vebsayt hazırlaya biləcəyin 5 pulsuz mənbə

Müasir biznes dünyasında vebsaytların nə qədər mühim rol oynadığını yəqin ki, özünüz də təcrübə etmisiniz. Xüsusilə pandemiya dövründə onlayn xidmətlərin önplana çıxması ilə vebsaytların nə qədər önəmli olduğu daha da anlaşıldı. Vebsayt hazırlamaq hər nə qədər qarışıq proses olaraq düşünülsə də, bu gün sizə vebsayt hazırlamaqda kömək edəcək, heç bir kod biliyi tələb etməyən çoxlu saytlar mövcuddur. Bu yazıda sizə kod yazmadan vebsayt hazırlaya biləcəyiniz 5 pulsuz mənbəni təqdim edəcəyik.





Wix


Üstünlükləri

  1. Müxtəlif sahələr üçün hazırlanmış 900-dən çox pulsuz şablon
  2. Birdən çox vebsayt yaratma imkanı
  3. Fərdiləşdirilmiş dizayn alətlər
  4. Mobil optimizasiya
  5. Geniş şəkil qaleriyası


Çatışmazlıqları

  1.  Seçilən şablonu sonradan dəyişmək mümkün olmur.
  2.  Çox seçimin olması yeni istifadəçilər üçün yorucu ola bilər.
  3.  Pulsuz versiyası sadəcə 500MB yaddaş imkanı verir.


Webflow


Üstünlükləri

  1. Çoxsaylı SEO alətlərinin olması
  2. Pulsuz 10GB yaddaş
  3. Sıfırdan saytı dizayn etmə imkanı


Çatışmazlıqları

  • İnterfeysi "Photoshop" və ya "InDesign" kimi Adobe proqramlarına bənzədiyi üçün qrafik dizaynerlərin istifadəsini asanlaşdırsa da, bu proqramları çox bilməyən insanlar üçün qarışıq gələ bilər.


WordPress


Üstünlükləri

  1.  Bloq formalı vebsayt yaratmaq üçün ən yaxşı alətlər
  2.  İstənilən qədər vebsayt yaratma imkanı
  3.  Birbaşa sayt vasitəsilə domen almaq imkanı
  4.  İstifadəsinin rahatlığı


Çatışmazlıqları

  1.  Satış xarakterli vebsayt yaratmaq üçün çox uyğun deyil.
  2.  Təhlükəsizliyin nisbətən zəif olması

Jimdo


Üstünlükləri

  1.  Çox sadə istifadəsi ilə bir neçə dəqiqəyə vebsayt yaratma imkanı
  2.  Mobil tətbiq vasitəsilə telefon üzərindən də işləməyin mümkünlüyü
  3.  Daha ətraflı işləmək üçün HTML əlavə etməyin mövcudluğu
  4.  Şəkil və video əlavə etməyin rahatlığı


Çatışmazlıqları

  1.  Bloq funksiyası çox qarışıqdır.
  2.  Pulsuz versiyası nisbətən daha limitlidir.

Weebly


Üstünlükləri

  1.  Peşəkar şəkildə hazırlanmış çoxlu sayda şablon
  2.  Videolar vasitəsilə daha dinamik arxaplan yaratmaq imkanı
  3.  Mobil tətbiq vasitəsilə telefon üzərindən də işləməyin mümkünlüyü
  4. "Autosave" funksiyasının olması

Çatışmazlıqları

  1.  SEO imkanlarının limitli olması
  2.  Zaman-zaman platforma dona bilir.
  3.  Pulsuz versiyası sadəcə 500MB yaddaş imkanı yaradır.



Sosial şəbəkələrdə paylaş

Referanslar

Hi handFikrinizi qısaca izah edərək vebsayt qiymətinin hesablanması üçün sürətli sorğu göndərin

son 30 gündə 349 nəfər qiymət təklifi aldı