Korporativ email (şirkətə özəl emaillər)

İnternet məkanında korporativ kimliyinizin ən vacib faktorlarından biri şirkət domainində qurulmuş e-mail adresinizdir.

Xüsusən də, əgər yeni yaranmış şirkətsinizsə rəqabətdə üstünlük əldə etməniz üçün öz şirkət imicinizi yüksək səviyyədə göstərməlisiniz. Şirkət emailindən istifadə həm də, sizin öz işinizə olan hörmətin, biznesinizə nə qədər ciddi yanaşmanızın göstəricisidir.

Korporativ mailin ən çox istifadə olunan formaları:



office@shirketiniz.az
info@shirketiniz.az
hr@shirketiniz.az
director@shirketiniz.az
adiniz.soyadiniz@shirketiniz.az


Əgər sizin üçün də şirkətinizin korporativ kimliyi və şirkət ciddiyyəti vacib amildirsə, mail.ru, gmail.com, hotmail.com, yahoo.com və s. əvəzinə, öz şirkətinizə məxsus e-mail hesablarını seçməlisiniz.

Xüsusən də yeni yaranmış şirkətlər üçün bu, çox mühüm məsələdir. Unutmayın ki, təkliflərinizi və yazışmalarınızı korporativ mail ilə etməniz şirkətinizə əlavə dəyər qazandırır.

Şirkət mailinin bilmədiyiniz 6 üstünlüyü:



—Biznesinizin ciddiyyətini və professionallığını artırır

—Müəssisənin bütün şöbələrinə gələn məktublara nəzarət sizdə olur

—İşçi işdən çıxarsa ona məxsus korporativ emaili silmək, yönləndirmək və tam nəzarət etmək mümkündür

—Avtomatik backup sistemi sayəsində maillərinizin ehtiyat nüsxəsi saxlanılır

—Səhvən və ya kiberhücum zamanı mail silinərsə geri qaytarmaq mümkündür

—Çox cüzi məbləğə başa gəlir

Fikrinizi qısaca izah edərək sayt qiymətinin hesablanması üçün sürətli sorğu göndərin

son 30 gündə 208 nəfər qiymət təklifi aldı
Made with
in Azerbaijan © 2014-2020

saytlarin hazirlanmasi

saytlarin yigilmasi

veb saytlarin hazirlanmasi

saytlarin yaradilmasi

veb saytlarin tertibati

saytlarin tertibati

K***** L***** qiymət sorğusu göndərdi
8 dəq. əvvəl