Elşən Cəbrayılzadə

yanvar, 2023

Korporativ e-mailə sahib olmağınızı məcburiyyətə çevirən 5 əsas amil

Müasir dövrün biznes dünyasında iş görüşmələrinin və korporativ əlaqələrinin böyük bir hissəsi maillər üzərindən həyata keçirilir. Bu da öz növbəsində maillərin önəmini artıraraq onları şirkətin əsas elementlərindən birinə çevirir. Təəccüblü deyil ki, bir sıra böyük şirkətlər öz biznes fəaliyyətlərini daha səmərəli hala gətirmək və iş münasibətlərini yaxşılaşdırmaq üçün korporativ mail almağa üstünlük verirlər. Bəs bu şirkət mailinə sahib olmaq həqiqətən nə dərəcədə vacibdir? Bu yazıda sizə korporativ mail ünvanlarının istənilən biznes üçün yaratdığı ən əsas üstünlükləri sizə təqdim edirik.





Etibarlılıq və peşəkarlıq simvoludur

  • İş dünyasındakı ən önəmli şeylərdən biri də sözsüz ki, ilk baxışdan necə təəssürat yaratdığınızdır. Bu müştəriləriniz və əməkdaşlarınız qarşısında güvən qazanmağa və onların diqqətini çəkməyə çox böyük kömək edir. Bu səbəbdən də korporativ poçt ünvanına sahib olmaq qarşı tərəfə sizin peşəkarlığınızı və işinizə nə qədər ciddi yanaşdığınızı çatdırmaqda çox böyük rol oynayır.

Müştəri təcrübəsini yaxşılaşdırır

  • Müştərilər şirkətə mail yazdıqda qarşı tərəfdən tam professional şəkildə yazılmış cavab gözləyirlər. Korporativ mailə sahib olmaq müştərilərinizin şirkətinizə güvənməsinə və daha rahat şəkildə sizinlə əlaqəyə keçməsinə şərait yaradır. Mailinizin sonunda “gmail.com”, “mail.ru” kimi adreslərin olması şirkətinizi müştərilərin gözündə daha ucuz və həvəskar bir şirkət kimi göstərir. Buna görə də şirkət emailinə sahib olmağınız sizi rəqiblərinizlə müqayisədə bir addım önə çıxaracaq.

Daha yaxşı marketinq imkanları

  • Bir çox böyük şirkət yeni müştərilər cəlb etmək və satışların həcmini artırmaq üçün email marketinqindən istifadə edirlər. Araşdırmalar göstərir ki, mail yolu ilə aparılan marketinq siyasəti müştərilər tərəfindən ən çox cavab alınan və marka sədaqətini artırmağa ən çox təsir edən strategiyalardan biridir. Lakin müştərilərin sizin göndərdiyiniz mailləri oxuması və birbaşa spama atmaması üçün korporativ mailə sahib olmağınız mütləqdir, çünki yalnız bu yolla müştərilər mailin etibar edə biləcəkləri bir yerdən gəldiyini hiss edə bilərlər.

Təhlükəsizlik xidmətləri

  • Korporativ mailə sahib olmaq sizi ən yaxşı təhlükəsizlik xidməti ilə təmin edərək işçilərinizə, müştərilərinizə və biznesinizin nüfuzuna təsir edə biləcək kiberhücumların qarşısını alır. Təhlükəsiz mail xidməti şirkətinizin vacib datalarının qorunması üçün də olduqca əhəmiyyətlidir. Belə ki, avtomatik "backup" sistemi sayəsində şirkətinizin maillərinin ehtiyat nüsxəsi saxlanılır və bu sayədə hərhansı problem zamanı mail silindikdə onu geri qaytarmaq mümkün olur. Korporativ mail sistemi həmçinin, müştərilərinizin şəxsi məlumatlarının qorunması üçün də böyük əhəmiyyət daşıyır.

Effektiv ünsiyyətin qurulması

  • Şirkət mailinin qurulması bütün işçilərinizin eyni domen adı ilə e-poçt göndərməsi imkanı yaradır. Bu həm şirkətdaxili ünsiyyətin effektivliyini artırmağa, həm də müştərilərinizin sizinlə əlaqə saxlamasını asanlaşdırmağa kömək edir. Korporativ mail ünvanlarının əksəriyyəti @ simvolundan əvvəl şəxsin adı və daha sonra isə şirkətin domeni yazılaraq təşkil olunur. Bu strukturu yadda saxlamaq asan olduğundan müştərilərə şirkət daxilindəki insanlara asanlıqla e-poçt göndərmək imkanı yaradır.
Sosial şəbəkələrdə paylaş

Referanslar

Hi handFikrinizi qısaca izah edərək vebsayt qiymətinin hesablanması üçün sürətli sorğu göndərin

son 30 gündə 349 nəfər qiymət təklifi aldı