Elşən Cəbrayılzadə

fevral, 2023

Satışlarınızı artıracaq 5 e-mail marketinq ideyası


Aparılan sorğular göstərir ki, insanların çox böyük bir hissəsi hər gün öz maillərini yoxlayır. Bu da o deməkdir ki, insanlara mail vasitəsilə marketinq strategiyası tətbiq etmək düşünüləndən daha da effektiv təsirlər göstərə bilər. Bu yazıda isə uğurlu e-mail marketinqi üçün tətbiq edə biləcəyiniz bir neçə strategiyanı sizinlə bölüşürük.

1.Mailləri daha şəxsi formaya salın

  • Müştərilərinizə mail yazarkən onlara adları ilə xitab etmək onların diqqətini çəkmək üçün ən yaxşı üsullardan biridir. İnsanlar hətta avtomatik göndərilən maillərdə belə öz adlarını görməyi sevirlər, çünki bu onların özlərini daha dəyərli hiss etməsinə səbəb olur. Bundan əlavə müştərilərinizi müəyyən seqmentlərə bölsəniz, hər bir müştəri üçün daha da şəxsi formaya salınmış maillər göndərmək imkanınız olacaq.

2.Vizual olaraq daha aktiv maillər işlədin

  • İnsanların diqqətini çəkməsi üçün mətnlərdən daha çox vizuallığa, yəni maildə işlədilən şəkillərə, mailin ümumi dizaynı kimi detallara önəm vermək lazımdır. Həmçinin mətnlərdə müxtəlif yazı formatlarından istifadə etmək də oxucunun maili oxumağa davam etməsi üçün ideal üsul hesab olunur. Lakin unutmayın ki, həddən artıq vizuallıq həm mailin yüklənmə sürətini aşağa salacaq, həm də maili oxuyanı daha çox yorduğu üçün effektivliyi də azalmış olacaq.

3.Aktiv olmayan istifadəçilərə xüsusi təkliflər edin

  • Yeni istifadəçilər qazanmaqdan əlavə köhnə istifadəçilərinizin də mövcudluğunu unutmamalısınız. Xüsusilə aktiv olmayan abunəçilərinizin diqqətini çəkmək üçün onları yenidən aktiv olmağa dəvət edə, onlara xüsusi endirim kampaniyaları təklif edə bilərsiniz. Həmçinin aktiv olmayan istifadəçiləriniz üçün sorğu keçirərək də öz xidmətlərinizi yaxşılaşdırmaq imkanından istifadə edə bilərsiniz.

4.Emosiyalardan istifadə edin

  • Şirkətinizin göstərdiyi xidmət sahəsindən asılı olaraq öz müştərilərinizin hiss və emosiyalarına müraciət edərək onların diqqətini çəkə bilərsiniz. Emosiyalardan istifadə etmək müştərilərlə aranızdakı əlaqəni yaxşılaşdıracaq və sizi özlərinə qarşı daha səmimi bir şirkət kimi görəcəklər. Mail marketinqi xüsusilə emosiyalar üzərindən strategiya qurmaq üçün çox əlverişlidir.

5.Qısa maillərə üstünlük verin

  • Uzun mətnli maillər yazmaq oxuyucunun sıxılmasına və sona qədər bitmədən maildən çıxmasına səbəb ola bilər. Ona görə də maillərinizdə fikirlərinizi qısa və konkret şəkildə çatdırmaq uğurlu marketinq strategiyası üçün çox önəmlidir. Həmçinin cümlələri bir neçə abzasa bölmək və siyahılardan istifadə etmək də mətnin daha axıcı olmasına kömək edən amillərdəndir.
Sosial şəbəkələrdə paylaş

Referanslar

Hi handFikrinizi qısaca izah edərək vebsayt qiymətinin hesablanması üçün sürətli sorğu göndərin

son 30 gündə 349 nəfər qiymət təklifi aldı